Yazını böyüt
Yazını kiçilt
Beyləqan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə saat 19 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Toyota" və "Renault" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.